“Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda Tovuzda partiyanın rayon təşkilatının ümumi yığıncağının keçirilməsi haqqında məlumat verilib.
Divan üzvləri AXCP İdarə Heyətinin üzvü Seymur Həzinin həbs olunmasını pisləyib, bu haqda Müsavat Partiyasının bəyanat qəbul etdiyini və bütün siyasi məhbuslarının azad olunması istiqamətində fəaliyyətin gücləndirilməsi zərurətini qeyd ediblər.
Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin daxili işlər nazirinin müraciəti əsasında məhkəməyə cəlb edilməsi müzakirə edilib, sosial şəbəkədə yazılan statusa görə belə təzyiqlərin yolverilməzliyi bəyan edilb və buna son qoyulması tələb edilib.
Partiya üzvü, tanınmış iqtisadçı Qubad İbadoğlunun istintaqa cəlb olunması, onun şəxsi və rəhbəri olduğu QHT-nin hesablarının dondurulması ölkədə vətəndaş cəmiyyəti fəallarının susdurulması kimi qiymətləndirilib və pislənilib.
Yığıncaqda vicdan məhbuslarının istintaqının ləngidilməsinin onların həbsinin əsassız və siyasi sifarişli olduğunun bir daha təsdiqlənməsi, onlara qarşı mənəvi təzyiqlərin artırılması kimi qiymətləndirilib.
Sonda cari məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər