“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.
Divanda Qarabağ bölgəsində baş verən üç günlük atışma nəticəsində onlarla şəhid verdikdən sonra Rusiyanın prezidentinin təklifi ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin heç bir nəticəsi olmayan görüşündə iştirakın Moskvanın Cənubi Qafqaza nəzarəti əlində saxlamasının nümayişinə xidmət etdiyi bildirilib:
“Əslində belə faciələr Azərbaycan hakimiyyətinin xalqla bir yerdə olmaq, ölkədə birlik mühiti yaratmaq və Qarabağın azad olunması üçün gerçək addımlar atılmasının təmin etmək istiqamətində fəaliyyət göstərməsi zərurətini aktuallaşdırır”.
Yığıncaqda “Amnesty International” beynəlxalq təşkilatı tərəfindən Sirac və Fərəc Kərimov qardaşlarının vicdan məhbusu elan edilməsi önəmli hal kimi qiymətləndirilib. Müsavat Partiyası tərəfindən siyasi məhbusların razılaşdırılmış vahid siyahısının dəstəklənməsi və bu istiqamətdə siyasi partiyaların birgə fəaliyyət göstərməsi təşəbbüsü ilə çağırış etməsi məqsədəuyğun hesab edilib.
Sonda cari məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər