“Müsavat” Divanının toplantısını keçirdi

musavat-divaninin-toplantisini-kecirdi
Oxunma sayı: 700


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb:

“Yığıncaqda Naxçıvan Muxtar Respublikasında insan haqları ilə bağlı Resurs Mərkəzinin əməkdaşı jurnalist İlqar Nəsibovun vəhşicəsinə döyülməsinə Müsavat Partiyası tərəfindən kəskin etiraz bəyanatı verildiyi qeyd olunub. Hakimiyyətin bu qanlı cinayəti məişət hadisəsi kimi təqdim etməsi məsuliyyətdən qaçmaq və repressiyaların davamı üçün zəmin yaratmaq cəhdi kimi qiymətləndirilib. Azərbaycan cəmiyyətinin və beynəlxalq təşkilatların bu məsələyə qəti etiraz bildirməsi məqbul sayılıb”. 

Yığıncaqda siyasi partiyaların siyasi məhbusları dəstəkləməklə bağlı funksional əməkdaşlığının davam etdirilməsi təqdir olunub.

Divanda son zamanlar ölkədə intihar və intiharlara cəhdlərin artması ilə bağlı Müsavat Partiyasının narahatlıq keçirdiyi ifadə olunub. Cəmiyyətin və hakimiyyətin bu məsələləri daima diqqətdə saxlamağı zəruri hesab edilib.

Sonda cari məsələlərə baxılıb.