“Qafqazinfo”nun məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı avqustun 14-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürösünün nümayəndələri – Radovoji Grujic, Richard Lappin və Böyük Britaniyanın Azərbaycanda səfiri cənab İrfan Siddiqlə görüşləri barədə məlumat verib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı avqustun 16-da keçirilən Suraxanı rayon təşkilatının ümumi yığıncağı, sədr, sərbəst Şura üzvləri və NTK seçkiləri, bu seçkilərin Nizamnaməyə uyğun olaraq etimadlı komissiya tərəfindən gizli yolla keçirildiyini bildirib. Ərzulla Buludov Suraxanı rayon təşkilatının yeni sədri seçilib.
Avqustun 22-də saat 12.00-da Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi barədə qərar qəbul edilib.
25 avqust tarixdə saat 16.00-da Müsavat Partiyasının mərkəzi qərargahında siyasi məhbuslar mövzusuna həsr olunan Dəyirmi Masanın keçiriləcəyi barədə məlumat verilib.
Sonda cari məsələrə baxılıb.
Son xəbərlər
Son Xəbərlər