Müsavat hakimiyyətə çağırış etdi - “Formula 1” yarışı haqda

musavat-hakimiyyete-cagiris-etdi-
Oxunma sayı: 3738

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, İcra Aparatının rəhbəri Gülağa Aslanlı M.Ə.Rəsulzadənin doğum günü münasibətilə Müsavat Partiyasının qərargahında keçirilən anım tədbiri və 31 yanvar 2016-cı il tarixdə Rəsulzadənin anadan olduğu Novxanı kəndindəki abidəsinin önündə keçirdiyi tədbirin yüksək səviyyədə təşkil olunduğu barədə məlumat verib.

Müsavat Partiyasının Divanı hazırkı iqtisadi böhran nəticəsində ölkə əhalisinin üzləşdiyi ağır maddi vəziyyətlə əlaqədar olaraq Azərbaycan hakimiyyətinin ölkədə keçirilməsi nəzərdə tutulan “Formula 1” və IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığından imtina etməyə çağırıb.

Yığıncaqda Rusiyaya məxsus hərbi təyyarələrin Türkiyə Cümruhiyyətinin sərhədlərini növbəti dəfə pozmasını pisləyib, bu hadisənin regionda qlobal hərbi qarşıdurmaya gətirə biləcəyindən narahatlığını ifadə edib.