Müsavat iki təşkilatla anlaşdı -

musavat-iki-teskilatla-anlasdi-
Oxunma sayı: 953


“Qafqazinfo” ya daxil olan məlumata görə, həmin təşkilatlar bu barədə birgə bəyanat qəbul edib. Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatının və “NİDA” Vətəndaş Hərəkatı bəyan edirlər ; 

1. Ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, hakim olan, korrupsion, avtoritar və klientalist sistemə qarşı mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il Parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər; 

2. Parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər. 

3. Tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması; seçki günü birgə müşahidənin təşkili; qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi; seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəlirlər.

“Qafqazinfo”