Müsavat İTV-dən efir vaxtı tələb edir

musavat-itv-den-efir-vaxti-teleb-edir
Oxunma sayı: 1907

Müsavat Partiyası başqanı Arif Hacılı İctimai Televiziyada partiyaya efir vaxtının ayrılması ilə bağlı İTV-nin baş direktoru Cəmil Quliyevə müraciət edib.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Müsavat Partiyası ölkədə yaranan iqtisadi böhrandan çıxış yolunun tapılmasında medianın da məsuliyyət daşıdığını vurğulayaraq, İTV kanalında mütəxəssislərin, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə ölkədəki sosial və iqtisadi vəziyyətlə bağlı ictimai diskussiyaların təşkilinin vacib hesab edir.

“İctimai televiziya və radio yayımı haqqında” Qanuna əsasən ictimai televiziya və radio yayımının məqsədi Azərbaycan əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil,   mədəniyyət,əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq, müstəqillik, plüralizm, dözümlülük prinsipləri əsasında fəaliyyət göstərməkdir.

Qanunvericiliyə əsasən, bu həftə ərzində İTV televiziya kanalında Müsavat Partiyası üçün 30 dəqiqəlik efir vaxtının ayrılması Cəmil Quliyevdən xahiş edilib.