“Qafqazinfo”nun məlumatına görə, Müsavat Partiyasının üzvü, gənc fəal Oruc Novruzovun (Danyal bəyin) faciəli şəkildə həlak olması sükutla yad edilib.
Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
İclasda Müsavat Partiyası adından Belçika Miqrasiya İdarəsinə təqdim olunan saxta sənədlərin ictimailəşdirilərək ifşa edilməsi müsbət qiymətləndirilib.
Partiyanın Mərkəzi İcra Aparatı tərəfindən bu fakt açıqlandıqdan sonra saxtakarların partiya üzvlərinə böhtan kampaniyasına başlaması barədə məlumat verilib.
Bu kampaniyada iştirak edənlərin Azərbaycan və Avropa məhkəmələri qarşısında cavab vermələri üçün hüquqi addımların atılması barədə qərar qəbul olunub.
Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı Türkiyədə Azərbaycan Cümhuriyyətinin 97-ci ildönümü ilə əlaqədar Azərbaycan Kültür Dərnəyinin təşkil etdiyi tədbirlərdə iştirakı barədə məlumat verib. Bu tədbirlərdə fəal iştirak edən Müsavat Partiyasının təmsilçiləri – Nüsabə Sadıxlı, Almaz Əliqızı, Nəsiman Yaqublu, Könül Şamilqızı və Rəis Rəsulzadəyə təşəkkür elan edilib.
Son xəbərlər
Son Xəbərlər