“Müsavat” nekroloq yaydı

musavat-nekroloq-yaydi
Oxunma sayı: 1052


“Qafqazinfo”nun məlumatına görə, Müsavat partiyası mərhum general-leytenantın ölümü ilə bağlı nekroloq hazırlayıb:

“Valideynləri İrəvan yaxınlığındakı Dəmirbulaq kəndindən olan Yaşar Dəmirbulaq 1933-cü ildə anadan olub. Türk ordusunda 35 il xidmət edən Yaşar Dəmirbulaq Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin rəisi, Türkiyənin Vaşinqtondakı hərbi attaşesi vəzifələrini tutub. O, 1988-ci ildə təqaüdə çıxıb. Azərbaycan Kültür Dərnəyinin önəmli üzvlərindən biri olub.

1992-ci ilin iyununda prezident Əbülfəz Elçibəyin dəvəti ilə Azərbaycana gəlib və bir il onun hərbi məsələlər üzrə müşaviri olub.

Müsavat Partiyasının rəhbərliyi Azərbaycan sevdalısı olan Yaşar Dəmirbulağın vəfatından kədərlənir, mərhumun ailə üzvlərinə, yaxınlarına, silahdaşlarına və Azərbaycan Kültür Dərnəyinin rəhbərlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Ruhu şad olsun!”