Müsavat niyə razılaşmadı?

musavat-niye-razilasmadi
Oxunma sayı: 1014


“Qafqazinfo” xəbər verir ki, partiyanın müraciətinə BŞİH müsbət cavab verib. BŞİH İcitmaiyyətlə Əlaqələr Departeminin rəhbəri Zaur Ramazonov “Qafqazinfo” ya açıqlamasında bildirib ki, məktuba dünən cavab verilib: “Partiya siyahıda adları qeyd olunan zallardan birində yubiley tədbirini keçirə bilər". 

Müsavat Divanın üzvü Tural Abbaslı “Qafqazinfo”ya açıqlamasında BŞİH-dən cavab məktubu aldıqlarının təsdiqləyib. Tural Abbaslı qeyd edib ki, siyahıda qeyd olunan zallardan birini seçdik: "Bakı Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Əmircan qəsəbəsindəki mədəniyyət evinin tədbir zalına baxış keçirilib. Zalın istilik sistemi bərbad vəziyyətdədir.  Orada tədbir keçirtmək mümkün deyil. Ona görə də qərara alınıb ki, tədbir Müsavat Partiyasının akt zalında keçirilsin”.

Tural Abbaslı əlavə edib ki, BŞİH bizə 3 gün öncədən cavab məktubu göndərməli idi. Amma onlar cavabı gecikdiriblər. Bu da onu göstəriri ki, Rəsulzadə ilə bağlı verilən sərəncam görüntü xarakteri daşıyır”

Günel