Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Divan üzvü Rafiq İsmayıl Göyçayda ətraf rayon təşkilatlarının rəhbərlərinin də iştirakı ilə keçirilən zona müşavirəsi haqqında məlumat verərək bildirib ki, müşavirə iştirakçılarına Müsavat Partiyasının 2016-cı üçün Fəaliyyət Planına uyğun müvafiq tapşırıqlar verilib.
İcra Aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, bu həftə ərzində zona müşavirələri davam edəcək və müəyyən olunan kurasiya üzrə Divan üzvləri, başqan müavinləri və MNTK üzvləri həmin müşavirələrdə iştirak edəcək.
Divanda ölkədəki ictimai-siyasi vəziyyət geniş müzakirə edilib. Əhalinin sosial vəziyyətinin günü-gündən daha da ağırlaşması fonunda hakimiyyətin iqtisadi böhranla bağlı cəmiyyətin islahat çağırışlarına cavab vermək və əməli addımlar atmaq əvəzinə son 23 ildə olduğu kimi, yenə də xalqa “söz yedizdirmək” siyasətinə davam etdiyi vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər