Müraciəti imzalayan şəxslərdən biri kimi Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı aprelin 14-də Bakı şəhər İcra Hakimiyyətinə dəvət edilərək, ona Bakı şəhərində hər hansı yürüşün keçirilməsinə İcra Hakimiyyəti tərəfindən razılıq verilməyəcəyi bildirilib.
Müsavat Partiyasının rəsmisi Bakı şəhər İcra Hakimiyyətinin müraciətə rəsmi cavab verməsinin qanunun tələbi olduğunu bildirdik də, Bakı şəhər İcra Hakimiyyəti aparatının rəhbərinin də iştirak etdiyi tədbirdə şəhər rəsmiləri belə bir cavabın təqdim olunacağını bildiriblər.
Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov sonuncu dəfə 15 aprel tarixində Müsavat Partiyasının təmsilçisi ilə telefon danışığında müraciətə rəsmi cavab olacağını təsdiqləyib.
Bu gün saat 16 radələrində Bakı şəhər İcra Hakimiyyətinin qəbul şöbəsinin işçiləri Z.Ramazanova istinad edərək, müraciətə rəsmi cavabın olmayacağını, Bakı şəhər İcra Hakimiyyətinin bu məsələ ilə bağlı rəsmi açıqlamalarının mətbuat vasitəsilə verildiyini bildiriblər.
Müsavat Partiyası bütün bunları Konstitusiyasının 49-cu maddəsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də dövlət orqanlarının vətəndaşların müraciətlərinə qanunla müəyyən edilmiş müddətdə yazılı cavab verməkdən nümayişkarənə şəkildə imtina edilməsini qanunların kobud şəkildə pozulması kimi qiymətləndirir, qanunla üzərilərinə qoyulan vəzifələri icra etməkdən imtina edən şəxslərin cəzalandırılmasını tələb edir və bəyan edir ki, məsələnin hüquq müstəvisində həlli üçün məhkəməyə müraciət ediləcək.
Son xəbərlər
Son Xəbərlər