Müsavat Partiyası qərargahının qarşısında bir qrup gənc etiraz aksiyası keçirib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, onlar Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin iki gün əvvəl Novxanıda keçirilən tədbirdəki çıxışına etirazlarını bildiriblər.
Aksiyada İsa Qəmbərə qarşı şüarlar səsləndirilib.
Polis aksiyaçıları Müsavat qərargahı yaxınlığından uzaqlaşdırıb.
Son xəbərlər
Son Xəbərlər