Müsavat qurultayla bağlı qəti qərar verdi

musavat-qurultayla-bagli-qeti-qerar-verdi
Oxunma sayı: 1034


“Qafqazinfo”nun məlumatına görə, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, məclisdə müzakirə olunan əsas məsələlərdən biri də partiyanın qurultayının keçirilməsi ilə bağlı olub. Aparılan geniş müzakirələrdən sonra Müsavat Partiyasının Məclisi partiyanın 8-ci qurultayının sentyabrın 27-də keçirilməsi barədə qərar qəbul edib. 

G. Aslanlı qeyd edib ki, qurultayın keçirilməsi ilə bağlı şadlıq sarayları ilə danışıqlar aparılır: “Qurultayın harada keçiriləcəyi hələlik müəyyənləşməyib. Tərəfimizdən bu istiqamətdə işlər davam etdirilir. Partiyanın qurultayı birmənalı olaraq sentyabrın 27-də keçiriləcək”.