Müsavat rəhbərliyi toplandı

musavat-rehberliyi-toplandi
Oxunma sayı: 724


İclasda  qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. Partiyadan “Qafqazinfo”ya bildirilib ki, yığıncaqda partiyanın 28 iyunda keçirdiyi Məclisində qəbul olunan qərarların həyata keçirilməsi  yolları müzakirə edilib. Məclis tərəfindən 2014-cü ilin sentyabr ayının 27-nə  təyin olunmuş partiyanın növbəti qurultayının texniki-təşkilati işlərinin qrafikini müəyyənləşdirmək üçün Qurultaya Hazırlıq üzrə Təşkilat  Komitəsinin yığıncağının çağırılması qərara alınıb. 

Yığıncaqda 2014-cü ilin iyulun 15-də Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illiyi münasibəti ilə bayram tədbiri keçirilməsi haqqında qərar qəbul edilib. 

Divanda Azərbaycanın Avroatlantik inteqrasiya istiqamətində atmalı olduğu addımlar barəsində Məclis tərəfindən təklif olunan bəyanat qəbul olunub. 

Yığıncaqda “İraq  Şam  İslam Dövləti” adı altında fəaliyyət göstərən təşkilatın İraqda yaratmış olduğu gərginlik səbəbindən günahsız insanların, o cümlədən türkmənlərin, Kərkük  türklərinin həyat şəraitinin dəhşətli şəkildə ağır vəziyyətə düşməsi müzakirə edilib. Müsavat Partiyasının İraq  türkmənlərinə dəstəyi ifadə edilib və dünya dövlətlərinin bu məsələnin həlli istiqamətində gərəkli addımlar atmasının zəruriliyi qeyd edilib. 

Müsavat Partiyasının Divanı son günlərdə Azərbaycanda müxtəlif beynəlxalq təşkilatların tədbir keçirmələrini təqdir edir, bu tədbirlərdə beynəlxalq təşkilatların öz Nizamnamələrinə uyğun olaraq həm dövlətlərarası məsələlərdə, o cümlədən Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti ilə bağlı, həm də bütün ATƏT üzvü olan ölkələrdə, o cümlədən Azərbaycanda insan haqlarının qorunması və siyasi məhbusların azad olunması istiqamətində prinsipial  qərarlar qəbul etmələrini məqsədəuyğun saydığını bəyan edir. 

Sonda cari məsələlərə baxılıb.