Müsavat rəhbərliyi toplantı keçirdi

musavat-rehberliyi-toplanti-kecirdi
Oxunma sayı: 1202


“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda Müsavatçı Qadınlar Birliyinin keçirdiyi ümumi yığıncaqla bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. Divan AXC-nin yaranmasının 26-cı ildönümü münasibətilə AXC lideri Əbülfəz Elçibəyin və mərhum jurnalist Elmar Hüseynovun doğum günü ilə bağlı məzarlarının ziyarət edilməsi təqdirini müsbət dəyərləndirilib. Türkiyədə baş verən terror hadisəsi pislənilərək, Türkiyə ictimaiyyətinə başsağlığı verilib. Sonda jurnalistlərin iştirakı ilə Milli Mətbuatın 140 illiyi ilə bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı geniş çıxış edərək, mətbuatın indiki durumu haqqında fikirlərini bildirib.