Tovuz rayon təşkilatının yenidən qurulması ilə bağlı Divan üzvlərinin rayonda partiya üzvləri ilə keçirilən görüşü barədə məlumat verilib. Nəsimi rayon təşkilatında hesabat-seçki yığıncağının keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması haqda məlumat verilib. Təşkilati məsələlər bölümündə xaricdə yaşayan bir nəfər şəxs Müsavat Partiyasının sıralarına qəbul edilib.Divanda bir qrup partiya üzvünün, partiyadan xaric edilən və istefa verən şəxslərin bölücülük fəaliyyəti müzakirə olunub. Yığıncaqda İlham Əliyevin Nazirlər Kabinetində ilin yekunlarına dair keçirdiyi müşavirə müzakirə olunub. Ölkə rəhbəri müşavirədə neftin qiymətinin aşağı düşməsinin Azərbaycana heç bir təsiri olmayacağı barədə yanlış fikir səsləndirib. Müsavat Partiyası hesab edir ki, makroiqtisadi nəzəriyyəyə zidd olan belə açıqlamalar verməkdənsə, ölkə iqtisadiyyatını gözləyən ciddi problemləri önləyəcək təcili tədbirlər həyata keçirilməlidir.
Son xəbərlər
Son Xəbərlər