Müsavat sessiya keçirib

musavat-sessiya-kecirib
Oxunma sayı: 705


“Qafqazinfo”nun məlumatına görə, Məclisin iclasında təşkilati məsələlərə baxılıb, partiyanın başqanı Arif Hacılının ictimai-siyasi vəziyyətlə bağlı məruzəsi dinlənilib, payızda keçiriləcək Parlament seçkiləri müzakirə edilib.

Arif Hacılı geniş məruzə ilə çıxış edib:

“Elə vəziyyət yaranıb ki, Azərbaycan dünyada insan haqlarının ən çox pozulduğu ölkələrdən biri kimi tanınıb. Əvvəllər Avropada sonuncu avtoritar ölkə hesab olunan Belarusun siyasi fəalları “biz Belarusun Azərbaycana çevrilməsinə imkan verməməliyik” kimi açıqlamalar verirlər”.

Parlament seçkilərinə hazırlıqla baglı Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı danışıb. O, çıxışında Müsavat Partiyasının seçkiyə hazırlıqla baglı gördüyü işlər barədə məlumat verib. 

Məclis “Avropa Oyunlarında dövlət büdcəsindən çəkilmiş xərclər barədə ictimaiyyəti məlumatlandırılması üçün hökümətin hesabatının tələb edilməsi barədə” bəyanat qəbul edib.

Sonda cari məsələlər müzakirə olunub.