Məclisin komissiyalarının formalaşdırılması, ölkənin ictimai-siyasi həyatı ilə bağlı qəbul edilən prinsipial qərarlar və digər məsələlər nəzərə alınaraq, işgüzar Məclis kimi qiymətləndirilib. Partiyadaxili məsələdə rayon təşkilatlarında keçirilən Şura iclasları və digər toplantılar haqda məlumatlar verilib.
Şirvan şəhərində baş verən, insan tələfatına səbəb olan partlayış barədə məlumat dinlənilərək, bu hadisə ilə bağlı narahatçılıq ifadə olunub.
Divan cəbhə xəttində Ermənistana məxsus iki pilotsuz hərbi təyyarənin məhv edilməsini Azərbaycan ordusunun hava sərhədlərimizin qorunması sahəsində bir uğuru kimi qiymətləndirib.
Divan eyni zamanda qondarma Dağlıq Qarabağ rəhbərlərinin Böyük Britaniyanın Kral İnstitutuna dəvət edilməsini qəbuledilməz president və bu hadisəni hakimiyyətin xarici siyasətinin yanlışlığının nəticəsi hesab edir.
Divan illər öncə xarici radiostansiyaların FM tezliyində yayılmasını qadağan edən qanuna rəğmən, Rusiyanın “Sputnik” (“Novosti Azerbaycan”) radiostansiyasının FM tezliyinə buraxılmasını hakimiyyətin son zamanlar daha aydın görünən rusiyameylli siyasətinin tərkib hissəsi hesab edərək, bu hadisəyə öz etirazını bildirib.
Son xəbərlər
Son Xəbərlər