“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, bu ilin fevral ayının 24-də Göyçay şəhərində insanların gözü qarşısında açıq-aşkar şərlənərək həbs edilən, sonradan saxta ittiham irəli sürməklə həbs müddəti uzadılan vicdan məhbusu, hüquq müdafiəçisi və Müsavat Partiyasının üzvü Taleh Xasməmmədova 22 iyul 2015-ci il tarixdə Göyçay Rayon Məhkəməsində cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib.
Müsavat Partiyası Taleh Xasməmmədov haqqında məhkəmənin bu qərarını qətiyyətlə pisləyir, hüquq müdafiəçilərinə və ədalət uğrunda mübarizə aparan müsavatçılara qarşı yönələn repressiya siyasətinin davamı olduğunu bəyan edir.
Müsavat Partiyası Taleh Xasməmmədovun və günahsız olaraq həbs edilən bütün siyasi məhbusların azad olunmasını tələb edir.
Son xəbərlər
Son Xəbərlər