Müsavat Təşkilat Komitəsi yaratdı

musavat-teskilat-komitesi-yaratdi
Oxunma sayı: 880


Divanda Müsavat Partiyasının üzvü, şair-jurnalist Böyükkişi Heydərlinin xatirəsi sayğı duruşu ilə yad edilib.

“Qafqazinfo”nun məlumatına görə, Divan üzvü Səxavət Soltanlı Müsavat Partiyası Ağdam rayon təşkilatının Şura iclasının keçirilməsi, Təşkilat Komitəsinin yaradılması və Haqverdi Haqverdilinin Təşkilat Komitəsinin sədri seçilməsi haqqında məlumat verib.

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimovun növbəti məhkəməsinin diqqətdə saxlanılması barədə tapşırıq verilib.

“NİDA” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin cəza müddətinin artırılması və onun qapalı həbsxanaya köçürülməsi cəhdləri pislənilib.

Müsavat Partiyasının təyin etdiyi yürüşə icazə verilmədikdən sonra Milli Şuranın da mayın 3-nə təyin etdiyi mitinqin vaxtının əsaslı səbəb göstərilmədən ayın 2-nə dəyişdirilməsi “Sərbəst toplaşma azadlığı haqqında” qanunun növbəti dəfə kobud surətdə pozulması kimi qiymətləndirilib.

Divanda qonbdarma “DQR”də keçirilən seçkilərin heç bir hüquqi nəticəsinin olmadığı bildirilib, Rusiyanın bu məsələdə loyal mövqeyinin qəbuledilməzliyi qeyd edilib.

Sonda cari məsələlərə baxılıb.