Müsavat Təşkilat Komitəsini təsdiqlədi

musavat-teskilat-komitesini-tesdiqledi
Oxunma sayı: 693


“Qafqazinfo”nun məlumatına görə, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Zəngilan rayon təşkilatının 7 nəfərdən ibarət Təşkilat Komitəsi təsdiq edilib. Təşkilat Komitəsinə tapşırılıb ki, Zəngilan müsavatçılarının ümumi yığıncağının keçirilməsini Müsavat Partiyasının Nizamnaməsində nəzərdə tutulan müddət ərzində icra etsin.

Məclisin son toplantısının səmərəli keçdiyi qeyd olunub. Məclisin sessiyasında müzakirə olunan məsələlər və qəbul edilən qərarların partiyanın cari fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məclisin sessiyasında müzakirə edilərək əsas kimi qəbul edilən normativ sənədlər Məclis üzvlərinin təklifləri, qeyd və düzəlişləri nəzərə alınmaqla təsdiq edilib. Məclisdə qəbul edilən qərarların icrası ilə bağlı ayrı-ayrı Divan üzvlərinə müvafiq tapşırıqlar verilib.

Divan üzvü Səxavət Soltanlının Gürcüstanda əsas məruzəçi Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə keçmiş komissarı Ştefan Fülenin iştirakı ilə keçirilən “Cənubi Qafqazda gənc siyasətçilərin Forumu” haqqında məlumatı dinlənilib. O bildirib ki, Ş.Fülenin məruzəsinin əsas devizi Avropanın Şərqə doğru genişlənməsi olub. S.Soltanlının Forumda “Anti-diskriminasiya siyasəti” mövzusunda ayrıca məruzə ilə çıxışı Divan tərəfindən yüksək qiymətləndirilib.

İctimai-siyasi vəziyyətlə bağlı İran və Qərb ölkələri arasında imzalanan razılaşma müzakirə olunub. Bu razılaşmanın regionda gedən proseslərə ciddi təsir edəcəyi, Yaxın Şərqdə və Cənubi Qafqazda yeni siyasi şəraitin yaranmasına səbəb olacağı qeyd olunub.

Sonda cari məsələlərə baxılıb.