Müsavat toplandı

musavat-toplandi
Oxunma sayı: 917


“Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda Tofiq Yaqublunun ailəsinin düşdüyü qəzaya görə mənəvi məsuliyyət daşıyan iqtidarın onun haqqında qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə  məhkəmədə mənfi cavab verdiyi qeyd olunub. 

26 yanvarda Ağcabədidə Müsavat Partiyasının sosial tələblərlə keçirdiyi mitinqdə həbs olunan və sifarişli məhkəmədə 7 sutkalıq inzibati həbs cəzası alan Cavid Hacıbəyli, Rüfət Hacıbəyli və Bəxtiyar Türksoyun dərhal azad olunması tələb olunub. (Bu barədə partiyanın bəyanatı əlavə edilir.)

Ənənəvi “narkotik alveri” bəhanəsi ilə həbs edilən VHP üzvü Ömər Məmmədovun da bir sıra digər gənclər kimi məhz sosial şəbəkələrdəki fəallığına görə həbs olunması pislənilib və uydurma ittihamlarla həbs olunmuş bütün gənclərin azadlığa buraxılması tələb olunub. 

Yığıncaqda Ukraynada gedən proseslər barədə də müzakirələr aparılıb. Divan üzvləri Ukrayna xalqının  haqlı  tələblərini müdafiə etdiklərini bildiriblər. 

M.Ə.Rəsuladənin 130 illik yubiley tədbirləri ilə əlaqədar tədbirlərin həyata keçirilməsi müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Yubiley tədbirinin keçirilməsi üçün hakimiyyətin bu günə qədər Müsavat Partiyasına müvafiq yer verməməsi pislənilib və hakim rejimin M.Ə.Rəsulzadəyə olan ögey münasibəti kimi qiymətləndirilib.

Divanda bildirilib ki, bütün bunlara baxmayaraq Müsavat Partiyasının yubiley tədbirləri davam edəcək. O cümlədən yanvarın 31-də saat 11:00-da Müsavat Partiyasının üzvləri, tərəfdarları böyük lider M.Ə.Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət edəcək və bayram tədbiri keçirəcəklər.