Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda Seçki Qərargahının sədri Gülağa Aslanlı 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına müvafiq sənədlərin təqdim olunması, müsavatçıların imza vərəqəsi almaq üçün razılıq ərizələrinin və digər sənədlərin dairə seçki komissiyasına təqdim olunması barədə məlumat verib. Divanda seçki prosesi geniş müzakirə edilərək, müvafiq qərarlar və tövsiyələr qəbul edilib. “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı ilə seçki kampaniyası dövründə fəaliyyətin uzlaşdırılması ilə bağlı birgə bəyanatın verilməsi haqda məlumat dinlənilib.
Son xəbərlər
Son Xəbərlər