Bu fikri Müsavat Partiyası Divan üzvü Tural Abbaslı Hafta.az-a açıqlamasında qurultayla bağlı partiyadaxilindəki müzakirələrdən danışarkən deyib:
“Qurultay məsələsi divanın dünənki iclasında müzakirə olundu. Bizim qərarımız hakimiyyətin atacağı addımlardan asılıdır. Elə görünür ki, Müsavat Partiyası qurultayın təxirə düşməsində maraqlıdır. Amma “Müsavat” kimi partiyanın qurultayının hazırlanmasına bəlli bir müddət lazımdır. Minimum 4 həftəyə qədər vaxt lazımdır. İyunun 28-ə təyin olunan qurultayımıza 3 həftədən də az vaxt qalıb. Hələ də cavab verilməyib. Biz istəsək belə həmin tarix üçün qurultayın keçirilməsini çatdırmırıq. Bununla bağlı təşkilat komitəsi də yəqin öz qərarını verəcək. Amma fikir budur ki, bu tarix üçün keçirmək mümkün olmayacaq. Qurultay təxirə salınacaq”.
Son xəbərlər
Son Xəbərlər