Müsavat yeni komitə yaratdı

musavat-yeni-komite-yaratdi
Oxunma sayı: 911


Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda Müdafiə Komitələrinin gördüyü işlər barəsində məlumatlar dinlənilib. Yığıncaqda müdafiə komitələrinin vahid bir komitə şəklində birləşdirilməsi barədə qərar qəbul edilib. Yaradılan komitə Müsavatçı Siyasi Məhbusların Müdafiə Komitəsi adlandırılıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı komitənin sədri, Müsavat Partiyası başqanının müavini Elman Fəttah və Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Əbülfəz Sadıxbəyli komitə sədrinin müavinləri seçilib.

Komitənin cari fəaliyyətinin daha çevik olmasını təmin etmək məqsədilə yeddi nəfərdən ibarət İşçi Qrupu yaradılıb.