Bu baradə "Qafqazinfo"ya açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, bir neçə gün əvvəl Fərəc Kərimovun böyük qardaşı narkotik ittihamı ilə həbs edilib: "Bir neçə gündür evlərində mütəmadi yoxlanışlar aparılırdı. Dünən baş verən yoxlanışda anası insult keçirib, onu Bakı Sağlamlıq Mərkəzinə aparıblar. Fərəci isə elə xəstəxanadan, anasının yanından başına qara torba keçirərək həbs ediblər. Bütün baş verənlər onların ailəsinə qarşı təzyiq olduğunun bariz nümunəsidir".
Qeyd edək ki, Fərəc Kərimovun hazırda harada saxlanması ilə bağlı məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər