Müsavatçı gənclər aclıq edən NİDA-çılarla bağlı tədbir keçirdi

musavatci-gencler-acliq-eden-nida-cilarla-bagli-tedbir-kecirdi
Oxunma sayı: 1085


“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən MGT sədri Əhliman Abbas bildirib ki, ölkə gəncliyi zaman-zaman həm xarici, həm də daxili qüvvələr tərəfindən təzyiqlərə məruz qalaraq haqları pozulub: “1937- ci illərdə gənclərin üzərindən necə xətt çəkmişdilərsə,  indi də eyniylə proses davam edir.  

Artıq 5 gündür ki, o gənclər aclıq elan ediblər. Amma bu müddət ərzində hakimiyyət bunları heç vecinə almayıb. Ölkədə fəaliyyət göstərən diplomatik korpuslar, beynəlxalq təşkilatların  nümayəndələri bu hadisəyə münasibət bildirmirlər. Bu özbaşınalıqdır. MGT olaraq tələb edirik ki,  ən tez zamanda həmin gənclərlə oturub söhbətləşsinlər.  Məsələ həll olunsun.  Ölkə ictimaiyyəti ziyaılılar bu məsələni diqqətdə saxlasınlar”.

Daha sonra çıxış edən NİDA İdarə Heyətinin sədri Turqut Qəmbər qeyd edib ki , sabah 10:30- da Bakı Ağır Cinayətlər Məhkəməsindən gənclərin növbəti məhkəmə  prosesi keçiriləcək: “ Həmin məhkəmə prosesində iştirak etməklə gənclərə mənəvi dəstək ola bilərsiniz.  Bütün diplomatik korpuslara gənclərin aksiyası ilə bağlı müraciət ünvanlanıb ki, təşkilatlar gənclərə baş çəksinlər”

Günel