Belə ki, Müsavat Gənclər Təşkilatının sədri postu uğrunda keçirilən və nəticəsi sonradan ləğv olunan seçkilərdə Cavid Hacıbəyli qalib gəlmişdi. Və bütün çəkişmələr də buradan başlamışdı. Bəzi müsavatçılar Cavid Hacıbəylinin saxta yolla qalib gəldiyini iddia edərək yeni liderləri kimi Rauf Məmmədlini görmək istəyirdilər. Lakin nəticələr ləğv olundu və maraqlısı odur ki, növbəti seçkilərdə sözügedən şəxslərin heç biri namizədliyini irəli sürmədi.
Cavid Hacıbəyli

Əvəzində Cavid Hacıbəylinin qardaşı Rüfət Hacıbəyli, qarşı tərəfdən isə Rauf Məmmədli ilə eyni mövqedə olan Əhliman Abbas namizədliyini irəli sürmüşdü. Nəticədə isə Əhliman Abbas qalib gələrək yeni sədr kimi Tural Abbaslını əvəz etdi.
Rauf Məmmədli

Qeyd edək ki, seçkilər zamanı dəfələrlə Hacıbəyli qardaşları ilə Əhliman Abbas və Rauf Məmmədlinin komandası arasında sosial şəbəkələrdə qızğın müzakirələr gedirdi.
Hətta virtual savaş o səviyyəyə çatmışdı ki, gənclərin bir-birini tənqid etməsi, “sözlə bir- birini qırması” adi hala çevrilmişdi. Müsavatçı gənclər arasında mübahisələr son günlərdə də intensivləşib.
Belə ki, martın 5-də Rusiya səfirliyinin qarşısında Krımın işğal olunmasının əleyhinə olaraq Müsavat Gənclər Təşkilatının üzvləri aksiya keçirib.
Əhliman Abbas

Göründüyü kimi, seçkilərdən sonra partiyadakı parçalanma hələ də davam edir və sözügedən aksiyada da qarşı tərəfi təmsil edən gənclər iştirak etməyib. Və dünəndən gənclər sosial şəbəkələrdə yenidən bir-birlərinə qarşı ittihamlara başlayıblar. Bu məqamda qeyd edək ki, Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas da aksiyaya qatılmayıb. Bunun əsas səbəbi isə aksiyada məhz Cavid və Rüfət Hacıbəyli qardaşlarının aktivlik göstərməsidir.
Rüfət Hacıbəyli

Xatırladaq ki, Müsavat Divanının üzvü Tural Abbaslı Hacıbəyli qardaşlarına, Müsavat başqanınn müşaviri Səxavət Soltanlı isə Əhliman Abbasın komandasına yaxındır.
Son xəbərlər
Son Xəbərlər