Müsavatçı xanım nazirliyi məhkəməyə verdi

musavatci-xanim-nazirliyi-mehkemeye-verdi
Oxunma sayı: 655

Müsavat Partiyasının üzvü Başxanım Abbasovanın Səməd Vurğun küçəsində yerləşən mənzillərinin sökülməsi ilə bağlı məhkəmə iddiası apellyasiya instansiyasına çıxarılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, B.Abbasova 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti və Maliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

B.Abbasova dövlətin təyin etdiyi qayda ilə, yəni evin həır kvadratmetrinə 1500 manat ödənişlə razılaşmayıb və bunun bazar qiymətinə uyğun olmadığını bildirib. Buna görə də əlavə kompensasiya istəyib.

Məhkəmə müsavatçı qadının iddiasını rədd edib. B.Abbasova qərardan şikayəti verib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrliyi ilə davam etdirilir.

Murad Əhməd