“Qafqazinfo”nun xəbərinə görə, bu barədə "Yeni Müsavat" qəzetinin partiyanın qərargahında olan reportyoru məlumat verib.
Müsavat Qadınlar və Gənclər təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbirdə Müsavat başqanı İsa Qəmbər, Divan üzvləri və partiyanın rəhbər strukturları iştirak edirlər. Qadınlar Təşkilatının sədri Ellada Məmmədli tədbiri açıq elan etdikdən sonra şəhidlərimizin xatirəsini anma məqsədilə 1 dəqiqəlik sükut elan edilib. Daha sonra dövlət himni səslənib. Tədbirin aparıcısı Əbülfəz Sadıqbəyli və Niyal Məmmədova Rəsulzadənin xalqımız uğrunda apardığı mübarizədən, publisistik və siyasi irsindən danışıb, həbsxana və mühacirət həyatı barədə məlumat veriblər. Daha sonra uşaqların ifasında Rəsulzadənin "Mayıs duyğuları" şeiri səsləndirilib. Ardınca xanəndələr "Arazbari" mahnısını ifa ediblər.
Tədbir davam edir.
Son xəbərlər
Son Xəbərlər