Müsavatdakı son istefa ilə bağlı - - Açıqlama

musavatdaki-son-istefa-ile-bagli-
Oxunma sayı: 1442


S. Soltanlı qeyd edib ki, adları çəkilən şəxslər arasında yalnız bi nəfəri tanıyır, həmin şəxs də Səxavət Əlisoyun qardaşı Sabit Əlisoydur:” Digər adları çəkilən şəxsləri isə tanımıram. Orada S. Əlisoy bütün nəslinin adını çəkib. Mən heç bilmirəm ki, həmin şəxslər partiyanın üzvü olublarmı . Bu məsələ araşdırılmalıdır. Kimlərsə partiyadan çıxanda onların adından bəyanat verilmir. Mən Səxavət Əlisoyun o sayda qohumunun olması barədə bəyanat verdiyini bundan əvvəl eşitməmişəm. Əgər bizə hələ də ərizə daxil olmayıbsa, deməli o qohumlarının adından spekulyasiya edir”.

Qeyd edək ki, Müsavat başqanlığına keçmiş namizəd, hazırda partiyadan çıxarılan Səxavət Əlisoy sosial şəbəkədə 18 nəfər qohumunun partiyadan istefa verdiyini açıqlayıb.

Günel