Müsavat Partiyasının Məclisi Azərbaycan hakimiyyətindən vicdan və siyasi məhbuslar siyahısına daxil edilən şəxslərin – Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublunun, Yadigar Sadıqovun, Fərəc Kərimovun, “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun, hüquq müdafiəçiləri - Leyla Yunusun, Arif Yunusun, İntiqam Əliyevin, Rəsul Cəfərovun, “NİDA” Vətəndaş Hərəkatının üzvləri – Rəşadət Axundovun, Rəşad Həsənovun, Məmməd Əzizovun, İlkin Rüstəmzadənin, jurnalistlər - Xədicə İsmayılın, Pərviz Həşimlinin, Rauf Mirqədirovun, Seymur Həzinin, keçmiş səhiyyə naziri Əli İnsanovun, dini kəsimin nümayəndələri - Taleh Bağırovun, Abgül Süleymanovun, Mövsüm Səmədovun, QHT rəhbərləri Anar Məmmədlinin, blogger Ömər Məmmədovun, siyasi fəallar - Abdul Əbilovun, Murad Ədilovun, Müsavat Partiyasının üzvləri – Sirac Kərimlinin, Xəqani Məmmədin, Taleh Xasməmmədovun, siyasi xadim Nemət Pənahovun və digərlərinin tezliklə həbsdən azad olunmasını, bununla da ölkə ictimaiyyətinin və beynəlxalq birliyin çağırışlarına əməl etməyi tələb edir.
Vicdan və siyasi məhbusların tezliklə azadlığa buraxılmayacağı təqdirdə, Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının boykot edilməsi çağırışı ilə dünyanın demokratik dövlətlərinə müraciət etmək haqqında Müsavat Partiyası Məclisinin əvvəllər qəbul etdiyi qərarın praktiki həlli həyata keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər