“Qafqazinfo” xəbər verir ki, bəyatanda aşağıdakı məsələlər öz əksini tapıb:
“İlqar Nəsibovun ölümcül döyülməsinin əlamətləri onun yayılan fotolarından aydın görünür. Aydın görünür ki, sifarişi yerinə yetirənlərin məqsədi İ.Nəsibovun həyatına qəsd etmək olub, lakin o, möhkəm iradəsinin hesabına sağ qalıb.
O da qeyd olunmalıdır ki, Nəsibovlar ailəsinə qarşı bu cür haqsızlıqlar əvvəllər də zaman-zaman həyata keçirilib. Bu cür qanunazidd hərəkətlərlə İ.Nəsibovun və onun həyat yoldaşı Məlahət Nəsibovanın Naxçıvan Muxtar Respublikasında hüquq müdafiə işləri ilə məşğul olmasının və orada baş verən haqsızlıqlara etiraz səsinin ucaltmasının qarşısını almağa cəhd göstəriblər.
Beynəlxalq aləmin də diqqətini cəlb edən bu hadisə təkcə Nəsibovlar ailəsinə qarşı deyil, Azərbaycanda yaşayan hər bir ailənin də başına gətirilə bilər.
Müsavat Partiyası İlqar Nəsibova qarşı həyata keçirilən amansız döyülmə faktını ümumbəşəri dəyərlərə zidd olduğunu xüsusi vurğulayaraq, beynəlxalq aləmi bu cür vandalizm hadisəsinə qarşı çıxmağa və hadisəyə real qiymət verməyə çağırır.
Müsavat Partiyası Azərbaycan vətəndaşlarını baş verən bu cür insanlığa zidd hərəkətlərə laqeyd qalmamağı və əsl vətəndaş mövqeyi sərgiləməyə dəvət edir, hakimiyyət orqanlarından baş verən cinayət hadisəsinin sifarişçilərinin və icraçılarının tez bir zamanda aşkarlanması və onların qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir və bu cür vasitələrin Azərbaycanı xalqının haqq-ədalət uğrunda mübarizəsinin qarşısını ala bilməyəcəyini bir daha bəyan edir”.
Son xəbərlər
Son Xəbərlər