Müsavatdan Fransa ilə bağlı- - Bəyanat

musavatdan-fransa-ile-bagli-
Oxunma sayı: 949


“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki,  Paris şəhərində “Charlie Hebdo” jurnalının redaksiyasına naməlum şəxslər tərəfindən edilən hücum nəticəsində 12 nəfərin öldüyü, 10 nəfərdən artıq insanın yaralandığı, yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu haqqında məlumatlar dünyanın kütləvi informasiya vasitələrində geniş yayılıb. Terror hadisəsinin jurnalın redaksiyasında jurnalistlərə qarşı törədildiyinə görə söz və mətbuat azadlığına qarşı yönəlsə də, əsas məqsədin konfensiyalar arasında ziddiyyət yaratmaq olduğu ehtimalı da böyükdür. Müsavat Partiyası bu terror hadisəsini qətiyyətlə pisləyir, belə halların təkrar olunmaması üçün dünya ictimaiyyətinin səylərinin artırılmasını məqsəduyğun hesab edir.