“Müsavat”dan Krımla bağlı- - Bəyanat

musavatdan-krimla-bagli-
Oxunma sayı: 751


“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Rusiya tərəfindən hərbi üsullarla işğal olunan Krım Muxtar Respublikasında yaşayan, bu torpağın əzəli sahibləri olan Krım tatarlarının hüquqları kobud şəkildə pozulmaqdadır.   

Bəyanatda bildirilir: “Ukrayna xalqı Avropaya inteqrasiya haqqında qərar verdikdən sonra bu tendensiya daha da güclənib.  Hər cür məhrumiyyətlərə düçar edilən Krım tatarları indi də Rusiya dövləti tərəfindən Krım Tatar Milli Məclisinin yerləşdiyi binanın onların əlindən alınması faktı ilə  üzbəüz qalıb. 

Hazırda Krım Tatar Milli Məclisinin yerləşdiyi binada Rusiya Xüsusi Xidmət orqanları tərəfindən qeyri-qanuni axtarış aparılır. Eyni zamanda Krım Muxtar Respublikasında yaşayan Krım Tatar Milli Məclisinin üzvlərinin ailə üzvlərinin, yaxınlarının, eləcə də Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun qohumlarının evləri son günlər Rusiya Xüsusi Xidmət orqanları tərəfindən kobudcasına axtarışlara məruz qalıb. 

Müsavat Partiyası Rusiya tərəfindən zəbt olunmuş Krım Muxtar Respublikasının əzəli sakinləri Krım tatarlarına qarşı Rusiya Xüsusi Xidmət orqanları tərəfindən həyata keçirilən beynəlxalq normalara zidd addımları pisləyir, bu hərəkətlərin dərhal dayandırılmasını tələb edir. Partiya həmçinin beynəlxalq birlikdən, o cümlədən Türkiyə və Azərbaycan dövlətlərindən Krım tatarlarının müdafiəsi istiqamətində səylərin birləşməsini gözlədiyini bəyan edir”.