“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müsavat Partiyası bəyanat verib. Bəyanatı olduğu kimi təqdim edirik:
“Mərkəzi Bank xalqın həyat səviyyəsinə, insanların maddi təminatına böyük zərbə vuran bu qərarı “milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib” kimi absurd əsaslarla izah etməyə çalışıb.
Müsavat Partiyası bəyan edir ki, Azərbaycan hakimiyyəti əvvəllər olduğu kimi, yenə də xaqın mənafeyinə zidd, korrupsiya girdabında boğulan ölkə iqtisadiyyatını daha da çökdürəcək belə bir qərarla bütün maliyyə sferalarını, ipoteka fondlarını, maliyyə təşkilatlarını ağır zərbə altında, ölkənin bir çox banklarını müflisləşmə ilə üz-üzə qoyur, bütün bunların nəticəsi kimi onsuz da korrupsioner rejimin rüşvət tələbləri altında çabalayan orta və kiçik sahibkarlığın məhvinə, ən əsası isə ərzaq, geyim və digər zəruri tələbat mallarının bahalanmasına səbəb olmaqla, Azərbaycan əhalisinin onsuz da çətin olan maddi vəziyyətinə ağır zərbə vurur.
Müsavat Partiyası manatın ABŞ dollarına nisbətdə qəfil olaraq 33,6 faiz dəyərsizləşdirilməsi haqqında Mərkəzi Bankın qərarını hökümətin iqtisadi siyasətinin iflası, Azərbaycanı gözləyən böyük iqtisadi böhranın “ilkin etirafı” kimi qiymətləndirir. Hakimiyyətdən tələb edir ki, bu cür məsuliyyətsiz maliyyə siyasəti yeridən, həmçinin ölkə iqtisadiyyatını ağır böhran şəraiti ilə üz-üzə qoyan sələhiyyətli şəxslər cinayət məsuliyyətinə cəlb edilməli, bütövlükdə İlham Əliyev hakimiyyəti bu məsuliyyətsiz davranışlarına görə xalq qarşısında cavab verməlidir!”
Son xəbərlər
Son Xəbərlər