“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, bu çox müsavatçılar sosial şəbəkələrdə yazdıqları statuslarında partiya rəhbərliyini bu addımına görə qınadılar.
Müsavat partiyasının başqan müavini, Divan üzvü Səxavət Soltanlı isə hesab edir ki, üzv haqqında partiya tədbiri görmək, partiyadan çıxarmaq cəza, işgəncə deyil.

“Nizamnaməyə və partiya prinsplərinə, partiyanın siyasi xəttinə zidd gedən davranışlarına görə hər kəsə tətbiq olunmali olan tədbir Qubad İbadoğluna da biraz geç tətbiq olunub. Sadəcə bu qərarın gecikməsinə səbəb Arif Hacılının əsas rəqibinin çıxarılmasına qarşı olması olub. Biz kimisə həbs etmirik, ona işgəncə vermirik, şallaqlansın demirik, hətta bu qərardan 6 ay sonra həmin şəxsin yenidən üzvlük üçün müraciət etmək haqqını tanıyırıq”, - deyə Müsavat partiyasının funksioneri əlavə edib.
S.Soltanlı qeyd edib ki, Müsavat bu qərarı məcburiyyət qarşısında atıb:
“Partiyadaxili məsələdən istifadə edib Müsavata hücumlar olacağını bilirdik. Müsavat bu qərarı sevərək deyil, məcburiyyət qarşısında atıb. Qubad İbadoğlu nizamnaməni dəfələrlə pozdu. Bunları bilərəkdən edirdi. Namizəd olmasından sui-istifadə edirdi. Bununla şantaj edirdi. Faktiki partiyadaxili separatçılıqla məşğul olurdu”.
Son xəbərlər
Son Xəbərlər