Müsavatdan Rəsulzadənin büstünün sökülməsi ilə bağlı – - Bəyanat

musavatdan-resulzadenin-bustunun-sokulmesi-ile-bagli-
Oxunma sayı: 1101


M.Ə.Rəsulzadənin cəmiyyətdə olan nüfuzu ilə barışa bilməyən mövcud iqtidar onun adının qəlblərdə yer tutmasına qısqanclıqla yanaşır və imkan tapdıqca onu yaddaşlardan silmək üçün müxtəlif metodlara əl atır. M.Ə.Rəsulzadənin qurduğu universitetdən adının götürülməsi, Bakı şəhərinin mərkəzində heykəlinin ucaldılmasına qadağa qoyulması, Ağcabədi, Ağsu rayonlarında olan büstlərinin götürülməsi, metronun “28 May” stansiyasının içərisində onun divarda həkk olunmuş portretinin dağıdılması bunu bir daha təsdiq edir.  

Həyata keçirilən bu tədbirlər Qüzey Qafqaz ərazisinin əksəriyyətini əhatə edən 116 min kv.km ərazidə Azərbaycan Xalq Cümhuriyyətini yaratmış milli liderimizin xatirəsinə hörmətsizlik olmaqla yanaşı, həm də “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun, “Avropa Mədəniyyət Konvensiyası”nın, YUNESKO-nun “Ümumdünya tarixi və təbii irsin qorunması haqqında Konvensiya”nın tələblərini kobud şəkildə pozulmasıdır. Müsavat Partiyası bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək, bu məsələnin hüquq müstəvisində həllini tələb edəcək.

Müsavat Partiyası hakimiyyətin M.Ə.Rəsulzadənin müqəddəs xatirəsinə qarşı yönələn bu vandalizm aktını dövlətçiliyə qarşı yönəlmiş bir hadisə kimi qətiyyətlə pisləyir, milli liderin büstünün bərpasını və bu hadisənin günahkarlarının cəzalandırılaraq qanun qarşısında cavab verməsini tələb edir.