“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müsavat Partiyası bəyanat verib. Bəyanatı olduğu kimi təqdim edirik:
“Müsavat Partiyası məhkəmənin siyasi sifariş əsasında qəbul etdiyi bu qərarı hakimiyyətin repressiya siyasətinin davamı hesab edir. Məhkəmənin bu hökmünü vətəndaşları siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq cəhdi kimi qiymətləndirir. Məcburi köçkün həyatı yaşamağan məcbur olan, iki övlad atası Sirac Kərimliyə qarşı həyata keçirilən bu haqsızlıq Azərbaycan hakimiyyətinin simasını nümayiş etdirir.
Müsavat Partiyası vicdan məhbusu Sirac Kərimlinin və digər siyasi məhbusların qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını tələb edir”.
Son xəbərlər
Son Xəbərlər