Müsavatdan Türkiyəyə dəstək

musavatdan-turkiyeye-destek
Oxunma sayı: 1474

 

Müsavat Partiyası son günlər Türkiyədə baş verən terror hadisələri ilə bağlı bəyanat yayıb

“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, ötən gün Dağlıcada 16 əsgərin, bu gün isə İğdırda azı 12 polis əməkdaşının terror nəticəsində şəhid olması Türkiyə Cümhuriyyətini və bütün dünyanı sarsıdıb. Müsavat Partiyası bu terror hadisələrini qətiyyətlə pisləyir, Türkiyə hakimiyyətini terrora qarşı mübarizəni daha da gücləndirməyə və terror mərkəzlərini məhv etmək istiqamətində təsirli tədbirlər görməyə çağırır. Müsavat Partiyası adından şəhid ailələrinə və Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların və yaralananların tezliklə sağalmasını arzulayırıq.