Müsavatdan Yeganə Hacıyevaya daha bir - - İttiham

musavatdan-yegane-haciyevaya-daha-bir-
Oxunma sayı: 1472


Gülağa Aslanlı qeyd edib ki,  Avropa Şurasının Bakı ofisinin verdiyi məlumata görə, bu barədə Müsavat Partiyasınına dəvətnamə çatdırılıb:

"Görüş günü bu məsələ ilə bağlı mən Avropa Şurası Bakı ofisinə zəng edərək bu barədə Müsavat Partiyasına məlumatın kim tərəfindən və kimə verildiyini aydınlaşdıran zaman ofisin əməkdaşları (İqor və Məhin xanım adlı şəxslər) mənə bu barədə məlumatın Müsavat Partiyası başqanının sabiq köməkçisi Yeganə Hacıyevaya çatdırıldığı haqqında bilgi verildi. 

Məlumat verən şəxslər, hətta Yeganə Hacıyevadan Turqut Qəmbərin də hansısa tədbirə dəvət olunması haqqında məlumatı ona çatdırmağı xahiş ediklərini bildirdilər. Mən də onlara Yeganə Hacıyevanın partiyadan istefa verdiyini və başqanın köməkçisi olmadığını, eləcə də bu dəvət haqqında Müsavat Partiyasının rəhbərliyinə heç bir məlumat daxil olmadığını bildirdim və partiyanın əlaqə telefonlarını ofisin əməkdaşlarına çatdırdım. Məsələni başqa istiqamətlərə yönəltmək cəhdləri faydasızdır. Faktlar göz qabağındadır".