Müsavatın Abutalıbova qarşı məhkəməsi oldu - - Nəticə

musavatin-abutalibova-qarsi-mehkemesi-oldu-
Oxunma sayı: 1033


Keçirilən son prosesdə partiyanın məhkəmə qarşısında qadırdığı iddia ərizəsi təmin edilməyib.

"Qafqazinfo"nun xəbərinə görə, bu barədə musavat.com-a vəkil Nemət Kərimli məlumat verib.

O, bundan sonra atacaqları addımlardan da danışıb: “Bu gün son məhkəmə prosesi keçirildi. Qaldırdığımız iddia ərizəsi təmin edilmədi. Bununla bağlı apellyasiya şikayəti verəcəyik. Təşkilat Komitəsinin iclasından sonra qəbul ediləcək qərarlara uyğun olaraq, görəcəyimiz işləri müəyyənləşdirəcəyik”.

Xatırladaq ki, Müsavat Partiyası BŞİH-ni qurultaya yer ayrılması məsələsini gecikdirdiyinə görə aprel ayında məhkəməyə vermişdi.