“Qafqazinfo” xəbər verir ki, yığıncaqda 31 Mart – Azərbaycanlıların soyqırımı ilə bağlı Müsavat Qadınlar Birliyinin Qubadakı “Soyqırım Abidəsi”ni ziyarət etməsi təqdir olunub. Müsavat Partiyasının rəhbərliyinin və digər ictimai-siyasi xadmlərin iştirakı ilə Şəhidlər Xiyabanının və orada Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin ziyarəti haqda məlumat verilib.
Müsavat Partiyası İcra Aparatı rəhbərliyinin partiyanın Şəki, Oğuz və Qəbələ rayon təşkilatlarının fəalları ilə Şəki şəhərində keçirilən görüş haqqında məlumat verilib və bölgələrdə görüşlərin keçirilməsinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Yığıncaqda 16 oktyabr 2003-cü il hadisələri ilə bağlı həbs edilən seçki məhbuslarının Avropa İnsan Haqları Məhkəməsinə müraciətindən və qəbul olunan qərar əsasında Azərbaycan Respulikası Ali Məhkəməsi tərəfindən 2004-cü ildə verilmiş məhkəmə hökmünün ləgv edilməsindən sonra Ağır Cinayətlər Məhkəməsində başlanan məhkəmə prosesi haqqında məlumat verilib. Bu şəxslərin ikinci dəfə eyni cinayət işinə görə məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb edilməsinin hüquqi anlamının olmadığı diqqətə çatdırılıb.
Divanda Krım tatarlarının Krım Milli-Ərazi Muxtariyyəti yaradılması qərarına diqqətlə yanaşmaq zərurəti, beynəlxalq birlik tərəfindən bu məsələdə Krım tatarlarına dəstək verilməsinin məqsədəuyğunluğu qeyd edilib.
Müsavat Partiyası Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini diqqətlə izləyir, seçkilərin nəticələrinin qardaş Türkiyə xalqı üçün uğurlu və xeyirli olmasını arzu etdiyini bəyan edir.
Sonda cari məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər