Müsavatın gedişinə keçmiş Müsavatçıdan reaksiya

musavatin-gedisine-kecmis-musavatcidan-reaksiya
Oxunma sayı: 1227


Yeganə Hacıyeva “Qafqazinfo” ya açıqlamasında Müsavat Partiyasının Milli Şuradan çıxmasına təəssüflə qarşıladığını qeyd edib: “ Hesab edirəm ki, bu hal hazırkı siyasi və cəmiyyətin durumu, ümumiyyətlə isə siyasi proseslər baxımından doğru addım deyil. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, indi hər şey göz qabağındadır. 1993-cü il deyil ki, hakimiyyətə gəlib daha sonra onu başqa cür qələmə versinlər. Və yaxud 1998-ci il deyil ki, prosesləri pozub daha sonra onu başqa cür formada cəmiyyətə təqdim etsinlər. İndi insanların informasiyaya çıxışı əladır. 1990-2000-ci illərdəki informasiya blokadasını sosial medialar dağıdıb. İnsanlar bilir ki, konkret hansı proseslər gedir. Bir siyasətçinin, siyasi partiyanın önəmli addımı onun cəmiyyətə verə biləcəyi töhfədir. Biz indi bir formada düşünürük ki, önəmli olan siyasi qurumlardır. Əgər siyasi qurumlar cəmiyyətin fəaliyyətində hər hansı bir irəliləyiş əldə edə bilmirlərsə, bu özfəaliyyətdən başqa bir şey deyil. Bu baxımdan da Azərbaycanda siyasi qurumların, gənclər təşkilatların, fəalların ən böyük amalı proseslərə nəzarət və idarə olmalıdır. Bu gördüyümüz prosesin də konkret nəyə hesablandığı haqda insanların dəqiq informasiyası var. Siz sosial şəbəkələrə baxın. Gənclik necə aktivdir və proseslərə reaksiyasını verir. Mən çox təəssüf edirəm. Bu mənim üçün rəğbət deyil”.

Yeganə Hacıyeva Müsavatın hakimiyyətlə anlaşması ilə bağlı səsləndirilən ittihamlara da cavab verib. Bildirib ki, bu haqda fikir bildirmək onun üçün siyasi cəhətdən etik deyil: “Baxmayaraq ki, mənim o suala qəti və dəqiq cavabım var”. 

Günel