Müsavatın növbəti divan toplantısı

musavatin-novbeti-divan-toplantisi
Oxunma sayı: 703


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.

Divanda Milli Strateji Düşüncə Mərkəzinin Müsavat Partiyasının qərargahında keçirilən Qarabağ mövzusunda müzakirələrin yüksək səviyyədə təşkil olunduğu və təqdim olunan sənədin reallığa söykəndiyi diqqətə çatdırılıb.

Yığıncaqda ötən həftə Müsavat Partiyası Başqnının müavini Tofiq Yaqublunun və başqanın müşaviri Yadigar Sadıqlının Apellyasiya məhkəmələrinin gedişi və partiya rəhbərliyinin bu məhkəmələrdə iştirakı, məhkəmələrin uzanması nəticəsində siyasi məhbusların azadlığa çıxmasının daha da ləngiməsi barədə məlumat verilib və məhkəmə iclaslarının bundan sonra da diqqətdə saxlanılması məqsədəuyğun bilinib.

Bu gün əfv fərmanı ilə siyasi məhbusların azad edilməsi əvəzinə, sifarişli məhkəmə qərarı ilə onların sayı daha da artırılıb. Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb. Müsavat Partiyası bir daha bu sifarişli həbslərə son qoyulmasını, bütün siyasi məhbusların azad edilməsini tələb edir.

Yığıncaqda son zamanlar Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndələrin, Avropa Şurası Parlament Assambleyasının rəhbərlərinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etmədiklərinə görə ölkədə siyasi məhbusların artması, insan azadlıqları və hüquqularının pozulması istiqamətində vəziyyətin daha da pisləşməsi haqqında söylədikləri fikirlərə görə onları tənqid atəşinə tutmasının diplomatik normalara uyğun olmadığı müzakirə olunub. Azərbaycan hakimiyyətinin bu tənqidlərdən düzgün nəticə çıxarmasının vacibliyi qeyd olunub.

Divanda Avropa Parlamentinə keçirilən seçkilərin yekunlaşdığı müsbət hadisə kimi qeyd edilib. Bu proses başa çatdıqdan sonra Avropa Parlamentinin postsovet

ölkələrində demokratiya və insan hüquqları məsələlərinə daha daha həssas yanaşacağına Müsavat Partiyasının inamı ifadə edilib.

Yığıncaqda Ukraynada keçirilən Prezident seçkilərinin uğurla başa çatdığı qeyd edilib və yeni seçilmiş Prezident P. Poroşenkoya Müsavat Partiyası adından təbrik məktubu ünvanlanıb.

Sonda cari məsələlərə baxılıb.