Müsavatın piketinə icazə verilmədi

Müsavatın piketinə icazə verilmədi
Oxunma sayı: 1046

Müsavat Partiyasının piket keçirməsinə razılıq verilməyib.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in qarşısında piket keçirmək istəyinə “yox” cavabı verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, cavab məktubunda qeyd olunub ki, həmin ərazidə təhsil müəssisələrinin yerləşməsi və nəqliyyatın intensivliyini nəzərə alaraq orada piket keçirmək ictimai asayişim təmin edilməsinə çətinlik yaradacaq.

Qeyd edək ki, Müsavat Partiyasının noyabrın 10-da Tofiq Bəhrəmanov adına Respublika Stadionunun önündəki meydanda, “Dərnəgül” metrostansiyasının çıxışındakı meydanda və ya Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək istəyinə cavab olaraq BŞİH Lökbatandakı Qaradağ təlim idman bazasını təklif etmişdi. Müsavat da buna görə piket keçirməyə qərar vermişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi