“Müsavat”ın qərargahına girən oğrulardan biri saxlanıldı

musavatin-qerargahina-giren-ogrulardan-biri-saxlanildi
Oxunma sayı: 1600

Müsavat partiyasının qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.