“Müsavat”ın qərargahına oğru girdi - Foto

musavatin-qerargahina-ogru-girdi
Oxunma sayı: 2917

Müsavat partiyasının qərargahına hücum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, partiya başqanı Arif Hacılı bildirib ki, bu gecə nəmalum şəxslər Müsavatın qərargahına girib:

”Dəmir barmaqlıqlar kəsilib, pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.