Müsavatın qurultayı nə oldu?

musavatin-qurultayi-ne-oldu
Oxunma sayı: 672

Bunu, “Qafqazinfo”ya Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu partiyanın qurultayından danışarkən deyib. Onun sözlərinə görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri və Gənclər Təşkilatının sədrinin həbsdə olması işləri ləngidir: “Bizim obyektiv çətinliklərimiz var, buna görə də qurultay ləngiyir. Qurultaya həbslərlə yanaşı, üçün rayon təşkilatlarının toplana bilməməsi də təsir edir. Bizim rayonlarda olan qərargahlarımız alınıb. Toplantıların baş tutmasına polis mane olur”. Belə vəziyyətlərdə işləməyə öyrəşdiklərini deyən başqa müavini vurğulayıb ki, qurultayın ancaq vaxtını ləngidə bilərlər, onun qarşısını ala bilməzlər. “Bizə ən ciddi əngəl hakimiyyətdir, buna baxmayaraq biz bu ilin sonuna qədər partiyanın qurultayını keçirəcəyik”.

Fatimə Kərimli